İqtisadiyyat
İcbari tibbi sığorta xərcləri gəlirləri 221 milyon manat üstələyib
2026-cı ilin ilk doqquz ayında İcbari Tibbi Sığorta Fondunun xərcləri 1.7 milyard manatdan çox olub. Azərbaycanda 2026-cı ilin yanvar-sentyabr aylarında İcbari Tibbi Sığorta Fondunun xərcləri gəlirlərini 221.3 milyon manat üstələyib. Oxu.Az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə fondun gəlirləri 1 milyard 499.3 milyon manat, xərcləri isə 1 milyard 720.6 milyon manat təşkil edib. Beləliklə, fondun xərcləri daxilolmalarından 14.8 faiz çox olub. Hesablamalara əsasən, hesabat dövründə fonda daxil olan hər 100 manat gəlirə təxminən 114.8 manat xərc düşüb. Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında icmal büdcənin ümumi gəlirləri 36 milyard 730.4 milyon manat, xərcləri isə 30 milyard 89.9 milyon manat olub. İcmal büdcədə 6 milyard 640.5 milyon manat profisit yaranıb. Abbas Mirzəyev
Mənbə
oxu.az