Dünya

Ermənistan prezidentinin səhhəti pisləşdi

29 Oct 2026, 11:26 2 baxış
Ermənistan prezidentinin səhhəti pisləşdi
Son həftələr ərzində Ermənistan prezidenti Vaaqn Xaçaturyanın səhhətində pisləşmə müşahidə olunur. Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumatlar yayılıb. Bildirilib ki, o, son dövrlərdə bir sıra tədbirlərə qatılmayıb. Ölkə prezidenti həmçinin COP17 çərçivəsində iştirakını ləğv edərək, yalnız açılış mərasiminə qatılıb və yalnız bəyanat səsləndirməklə kifayətlənib. İddiaya görə, Xaçaturyan öz iqamətgahında da daha az görünməyə başlayıb. Qeyd olunur ki, prezidentin sağlamlıq durumuna dair xəbərlər əvvəllər də yerli mətbuatda yayılmışdı. Son vaxtlar bəzi müşahidəçilər onun xarici görünüşündə nəzərəçarpacaq dəyişikliklərin olduğunu da vurğulayırlar. Xəbərdə qeyd edilir ki, dünən İrəvanda "The Prince Talal International Prize for Human Development 2025" beynəlxalq mükafatının təqdimatı üzrə təntənəli mərasimi keçirilib. Tədbir məhz Xaçaturyanın yüksək himayəsi altında baş tutmalı olsa da, prezident bu mərasimdə də iştirak etməyib. Təqdimatda yüksəksəviyyəli qonaqlar, o cümlədən İspaniya kraliçası və şahzadəsi də iştirak ediblər. Qonaqları hökumət binasında qəbul edən baş nazir Nikol Paşinyan daha sonra "Dvin" kompleksində təşkil olunan mərasimə qoşulub.
Mənbə oxu.az

Oxşar Xəbərlər