Digər
Bu ölkə Rusiya ilə sərhəddə bunkerlər tikəcək
Estoniya Baltik Müdafiə Xəttinin infrastrukturunun inkişafı çərçivəsində Rusiya ilə sərhəddə 150-yə qədər bunker tikməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bunu Estoniyanın müdafiə naziri Martin Herem deyib.
“Bunkerlərdən təxminən 100-ü dövlətə məxsus torpaqlarda, 50-si isə bələdiyyə və ya özəl mülkiyyətdə olan ərazilərdə yerləşəcək”, – o bildirib.
Mənbə
axar.az