Xaçatryan görüşlərə qatılmadı, vəziyyəti pisdir
Ermənistan Prezidenti Vaaqn Xaçatryanın səhhəti son həftələr ərzində xeyli pisləşib.
Axar.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Prezident Ermənistanda keçirilən COP-17 iqlim sammiti çərçivəsində təşkil olunan bir sıra tədbirə qatılmayıb. Bundan əlavə, onun himayəsi altında “The Prince Talal International Prize for Human Development 2025” mükafatının təqdimetmə mərasimi keçirilsə də, Xaçatryan bu tədbirdə də iştirak etməyib. Dünən İspaniya kraliçası və Səudiyyə Ərəbistanı şahzadəsinin iştirakı ilə yüksəkvəzifəli qonaqlar üçün təntənəli qəbul təşkil olunub. Lakin prezident həmin tədbirə də qatılmayıb. O öz iqamətgahında da nadir hallarda olur.
Xaçatryan uzun müddətdir xəstəlikdən əziyyət çəkir. İnsanlar onun xarici görünüşündə ciddi dəyişikliklər müşahidə etməyə başlayıblar”, - məlumatda deyilib.