Siyasət

Aleksandr Qutsa: "Rusiya qanunsuz aktivlərin müsadirəsi təcrübəsini İƏT ölkələri ilə genişləndirir"

28 Oct 2026, 11:24 2 baxış
Aleksandr Qutsa: "Rusiya qanunsuz aktivlərin müsadirəsi təcrübəsini İƏT ölkələri ilə genişləndirir"
"Rusiya Baş Prokurorluğu İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə qurumları ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır". Oxu.Az xəbər verir ki, bu fikirləri Rusiyanın baş prokuroru Aleksandr Qutsa İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşündə deyib. O bildirib ki, artıq bir sıra qurumlarla əməkdaşlıq haqqında sazişlər və proqramlar imzalanıb: "Onların həyata keçirilməsi milli qanunvericiliyin təkmilləşdirilməsinə və cinayət təhdidlərinə qarşı mübarizə üsullarının inkişafına töhfə verir. Rusiyanın bu sahədəki təcrübəsi dəfələrlə beynəlxalq platformalarda təqdim olunub. Cinayət-hüquqi vasitələrin tətbiqi ilə yanaşı, qanunsuz aktivlərin müsadirə edilməsi təcrübəsini də genişləndiririk. Söhbət yalnız cinayət əməllərinin bilavasitə obyektlərindən deyil, həm də həmin əməllər nəticəsində əldə edilmiş istənilən əmlak mənfəətindən gedir. Bu tədbirlər korrupsiyaya qurşanmış şəxslərin özlərinə, onların qohumlarına, əlaqəli şəxslərə, hətta varislərinə də şamil olunur". Baş prokuror bildirib ki, bu yanaşma cəzanın labüdlüyü və ədalətlilik prinsiplərinə tam uyğundur: "Beləliklə, korrupsiyanın qarşısını almağa yönəlmiş təsirli mexanizm formalaşdırır və korrupsiyanı iqtisadi baxımdan cəlbedici olmaq imkanından məhrum edirik".
Mənbə oxu.az

Oxşar Xəbərlər