Cəmiyyət
Kamran Əliyev: "Korrupsiya qanunun aliliyinə xələl gətirir"
"Korrupsiya bütün dünyada milyonlarla insanın rifahına mənfi təsir göstərir, qanunun aliliyinə xələl gətirir". Oxu.Az xəbər verir ki, bu fikirləri baş prokuror Kamran Əliyev Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşündə deyib. O bildirib ki, korrupsiya qanunun aliliyinə xələl gətirir, cəmiyyətlərin iqtisadi və sosial sabitliyini pozur, mütəşəkkil cinayətkarlıq üçün münbit zəmin yaradır: "Korrupsiyanın mənfi təzahürlərinə bütün hüquq sistemlərində rast gəlmək mümkündür. Buna görə də korrupsiya qlobal xarakter daşıyan və hamımız üçün ümumi çağırış olan bir problemdir. Güclü siyasi iradə korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin təməl elementlərindən biridir. Azərbaycanda Prezident İlham Əliyevin birgə profilaktik və inzibati tədbirlərin həyata keçirilməsinə yönəlmiş güclü siyasi iradəsi korrupsiyaya qarşı mübarizənin effektiv şəkildə aparılmasına imkan verib".
Mənbə
oxu.az