Cəmiyyət

Azərbaycanda qadınların cəmiyyətdə və idarəetmədə rolunun artırılması müzakirə olunub

28 Oct 2026, 10:55 2 baxış
Azərbaycanda qadınların cəmiyyətdə və idarəetmədə rolunun artırılması müzakirə olunub
"Qadınların iqtisadi imkanlarının gücləndirilməsi isə davamlı diqqət və sistemli yanaşma tələb edən digər mühüm istiqamətdir". Oxu.Az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan "Bilik, səs və liderlik: Ortaq gələcək üçün müxtəlif mədəniyyətlərdə qadın və qızların səlahiyyətləndirilməsi" adlı panel sessiyada deyib. O bildirib ki, əmək bazarında iştirak, peşə hazırlığı, sahibkarlıq fəaliyyəti, maliyyə resurslarından istifadə, rəqəmsal bacarıqlar və mentorluq qadınların potensialından səmərəli istifadə üçün əsas vasitələrdir: "Bu sahədə qadınların hüquq və imkanlarının genişləndirilməsi ilə yanaşı, onların iqtisadi qərarların qəbulunda iştirakının artırılması da mühüm əhəmiyyət daşıyır. Qadınların təhsildə və cəmiyyətdə təmsilçiliyinin artması bu istiqamətdə görülən işlərin nəticələrini əks etdirir. Qısa şəkildə desəm, qadınların parlamentdə təmsilçilik səviyyəsi 2005-ci ildəki 11 faizdən 2014-cü ildə keçirilən son seçkidə 17 faizə yüksəlib. Bələdiyyələrdə isə bu göstərici 2004-cü ildəki 4 faizdən 2015-ci ildə 39 faizə çatıb. 2020-ci ildə qəbul edilmiş gender bərabərliyi üzrə təhsil planı və digər təşəbbüslər bu irəliləyişin davam etdirilməsi üçün ümumi zəmin yaradıb. Cəmiyyətdə və beynəlxalq səviyyədə bu məsələyə diqqətin artırılması istiqamətində də işlər görülüb".
Mənbə oxu.az

Oxşar Xəbərlər