Kriminal

İrandan Azərbaycana keçmək istəyən üç əfqan saxlanıldı

27 Oct 2026, 18:10 1 baxış
İrandan Azərbaycana keçmək istəyən üç əfqan saxlanıldı
Azərbaycanın dövlət sərhədini pozmağa cəhd edən üç əcnəbi saxlanılıb. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilən əməliyyat-qoşun tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən üç Əfqanıstan İslam Əmirliyi vətəndaşı saxlanılıb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
İrandan Azərbaycana keçmək istəyən üç əfqan saxlanıldı
Mənbə oxu.az

Oxşar Xəbərlər