İdman
"Qarabağ" - "Dinamo Zaqreb" matçının biletləri satışa çıxarıldı
UEFA Gənclər Liqasının ikinci mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Dinamo Zaqreb" (Xorvatiya) oyununun biletləri satışa çıxarılıb. Oxu.Az xəbər verir ki, oktyabrın 28-də "Azərsun Arena"da baş tutacaq qarşılaşma saat 15:30-da başlayacaq. Matçı tribunadan izləmək istəyən azarkeşlər biletləri 3 manata iTicket.az saytı vasitəsilə onlayn əldə edə bilərlər. Qeyd edək ki, stadionun qapıları oyunun başlamasına 120 dəqiqə qalmış açılacaq.
Mənbə
oxu.az