Cəmiyyət

Azərbaycanda qadınların sayı kişilərdən çoxdur - Foto

27 Oct 2026, 18:34 1 baxış
Azərbaycanda qadınların sayı kişilərdən çoxdur - Foto
2026-cı il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanda əhalinin ümumi sayı 10 milyon 262.4 min nəfər təşkil edib. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumatında göstərilib.
Əhalinin cins bölgüsünə əsasən, ölkədə 5 milyon 154.2 min qadın və 5 milyon 108.2 min kişi yaşayır. Beləliklə, qadınların sayı kişilərdən 46 min nəfər çoxdur. Yaş qrupları üzrə bölgüdə ən yüksək göstəricilər ortayaşlı əhali arasında qeydə alınır. Qrafikə əsasən, 30-39 yaş qrupunda həm qadınların, həm də kişilərin payı yüksəkdir. Yaşlı əhali qruplarında isə qadınların sayı kişilərin sayını üstələyir. Xüsusilə 70 yaşdan yuxarı qruplarda bu fərq daha aydın görünür. Göstəricilər Azərbaycanda əhalinin cins tərkibinin fərqli yaş qrupları üzrə dəyişdiyini nümayiş etdirir.
Azərbaycanda qadınların sayı kişilərdən çoxdur - Foto Azərbaycanda qadınların sayı kişilərdən çoxdur - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər