Digər
Təbrizli təqaüdçülər etiraz aksiya keçirdilər
Oktyabrın 26-da İran Rabitə Şirkətinin Şərqi Azərbaycan əyalətindən olan təqaüdçüləri yenidən etiraz aksiyası keçiriblər.
Axar.az xəbər verir ki, bu haqda "İlna" məlumat yayıb.
Narazı təqaüdçülər Təbrizdə İran Rabitə Şirkətinin yerli şöbəsinin qarşısına toplaşaraq tələblərinin yerinə yetirilməsini istəyiblər.
Aylıq məvaciblərinin artırılmamasına görə narazılıq edən təqaüdçülər müharibə çağırışlarına da etirazlarını bildiriblər.
Bununla eyni vaxtda Tehran, İsfahan, Kirmanşah, Sənəndəc, Brucerd və İlam şəhərlərində də təqaüdçülər aksiya keçiriblər.
Mənbə
axar.az