Dünya
"iPhone Duo" modelinin ekranında çatlama: "Apple"ın məhsulunda kütləvi problem - Foto/Video
Oktyabrın 23-də satışa çıxarılan "Apple"ın ilk qatlanan smartfonu olan "iPhone Duo"nun daxili ekranının zədələnməsi problemi barədə məlumat yayılıb. Oxu.Az "9to5mac" nəşrinə istinadən xəbər verir ki, zədələnmiş qadcetlərdə oxşar problem müşahidə edilir: ekran mərkəzi xətt boyunca çatlayır və bundan sonra üzərində üfüqi piksel zolağı donub qalır. Onlarla belə halı qeydə alan nəşr bu nasazlığın ümumi miqyasının hələlik məlum olmadığını vurğulayır.
Nasazlığın ehtimal olunan səbəbləri arasında "iPhone Duo"nun partiyalarından birində mərkəzi mexanizmin (şarnir) qüsurlu ola biləcəyi versiyası irəli sürülür. Nəşrin iddiasına əsasən, detallardan birinin yüngülcə yerini dəyişməsi onun daxili ekranın yuxarı hissəsinə dirənməsinə və zədələnməsinə gətirib çıxarır. Amerikalı bloqer Jerry Rig Everything ("YouTube"da 10 milyondan çox abunəçisi var) "iPhone Duo" ekranının kraş-testini əks etdirən video paylaşıb. Testdən sonra cihazın aşağı hissəsində displeyin zədələnməsinə xas olan yaşıl şaquli xətt meydana gəlib. "Tech Droider" adlı digər bloqer ("YouTube"da 1 milyondan çox abunəçisi var) zədələnmənin qarşısını almaq üçün "iPhone Duo"nu necə düzgün açmaq lazım olduğunu nümayiş etdirib. Videodan görünür ki, baş barmağı ekranın aşağı hissəsində, ona çətinliklə toxunaraq sabitləmək lazımdır. Bu zaman displeyin mərkəzi hissəsini sıxmaq olmaz. "Mobile Research Group"un aparıcı eksperti Eldar Murtazin RBK-ya açıqlamasında bildirib ki, "iPhone Duo"da onsuz da davamlılığını sübut etmiş "Samsung" şirkətinin displeylərindən istifadə olunur. "Bu ekranlar "Duo"da olduğu kimi çatlamır, lakin bu modeldə ilkin ekrandan fərqli bir element mövcuddur. Bu, bazardakı hər hansı digər örtükdən 40% daha davamlı olduğu iddia edilən qalın tutqun plyonkadır. Burada belə bir ehtimal irəli sürmək olar ki, qapaqlar arasına yad cisimlər düşdükdə məhz bu plyonka ekranı zədələyə bilər", - deyə o qeyd edib. Murtazinin sözlərinə görə, hazırda "Apple"ın "iPhone Duo" ilə əsl fəlakət yaşadığını demək üçün hələ tezdir. Bu, ABŞ şirkəti üçün öz növündə ilk məhsuldur və ekspertin hesablamalarına əsasən, ekranın sınmasının əsl səbəbi yalnız bir ay yarım və ya iki ay sonra müəyyən edilə bilər. Eyni zamanda, "TelecomDaily" agentliyinin rəhbəri Denis Kuskov qadcetlərin yaradılması prosesinin çoxsaylı sınaq mərhələlərindən keçdiyini xatırladaraq, "iPhone Duo" ekranlarının öz-özünə çatlaması barədə məlumatların doğruluğuna şübhə ilə yanaşıb. "Mənim fikrimcə, xüsusən də məhsulun keyfiyyət səviyyəsini nəzərə alsaq, bu, inandırıcı deyil. Amma 100% dəqiq bir söz demək də mümkün deyil", - deyə o bildirib. Öz növbəsində, "Apple" az sayda "iPhone Duo" cihazında daxili displey probleminin olduğunu qəbul edib və sahiblərinə dəyişdirilmə üçün "AppleCare" xidmətinə müraciət etməyi təklif edib. "Apple" problemli cihazların sayını və ya faizini açıqlamayıb. "iFixit" mütəxəssisləri smartfonu sökərək şarnirin konstruksiyasını istifadəçilərin fotolarındakı zədələrlə müqayisə ediblər. Ehtimal olunan ssenarilərdən biri budur: mərkəzi dayaq çubuğu kifayət qədər dərinə enmir, buna görə də qatlanan ekran ona dirənir və lokal təzyiqə məruz qalır. Lakin bu, bütün zədələrin sübut edilmiş səbəbi deyil, sadəcə bir fərziyədir. "Apple" nasazlığın əsl səbəbini hələ də açıqlamayıb. Bu cür dəyişdirmə prosesi üçün ödənişli "AppleCare+" sığortası tələb olunmur: "AppleCare" burada sadəcə dəstək xidmətinə müraciət kanalı kimi çıxış edir. Smartfonu operatordan alanlara da birbaşa "AppleCare"ə müraciət etmək tövsiyə olunur. Bununla yanaşı, dəyişdirilmə üçün nəzərdə tutulan aparatların ehtiyatının məhdud olduğu bildirilir: bəzi istifadəçilər gözləməli olurlar, çünki cihazın dərhal dəyişdiriləcəyinə zəmanət verilmir.

Mənbə
oxu.az