Cəmiyyət

Binəqədidə içməli su küçəyə axır - Video

26 Oct 2026, 20:24 3 baxış
Binəqədidə içməli su küçəyə axır - Video
Paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon yaşayış massivində içməli su küçəyə axır. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub. Sakinlərin sözlərinə görə, oktyabrın 24-dən etibarən 7B saylı binanın qarşısında içməli su küçəyə axır. Suyun hansı borudan sızdığı hələlik məlum deyil.

Məsələ ilə bağlı İri Şəhərlərin Su Təchizatından Oxu.Az-a verilən açıqlamada qeyd olunub ki, sözügedən ünvanda yoxlama aparılacaq. "Məsələ ilə bağlı Binəqədi Sukanal İdarəsinə məlumat verilib. Əraziyə baxış keçiriləcək, su xətləri yoxlanılacaq. Hər hansı axıntı varsa, aradan qaldırılaraq şəbəkənin fəaliyyəti bərpa ediləcək".
Mənbə oxu.az

Oxşar Xəbərlər