İdman

"Liverpul" "Brayton"u məğlub edərək ilk dördlüyə yüksəldi - Video

25 Oct 2026, 20:26 2 baxış
"Liverpul" "Brayton"u məğlub edərək ilk dördlüyə yüksəldi - Video
İngiltərə Premyer Liqasının VIII turunda "Liverpul" doğma meydanda "Brayton"u 2:0 hesabı ilə məğlub edib. Oxu.Az xəbər verir ki, oktyabrın 25-də "Enfild" stadionunda keçirilən qarşılaşmada hesab 17-ci dəqiqədə açılıb. Florian Virtzin zərbəsindən sonra top "Brayton"un futbolçusu Paskal Qrossa dəyərək qapıdan keçib və avtoqol kimi qeydə alınıb. Dörd dəqiqə sonra Aleksandr İsak Bredli Barkolanın ötürməsindən sonra fərqi artırıb. Bu qələbə "Liverpul"a turnir cədvəlinin ilk dördlüyünə yüksəlməyə imkan verib.
Mənbə oxu.az

Oxşar Xəbərlər