Digər

Bakıda Zeytun Festivalının açılışı oldu

24 Oct 2026, 21:24 4 baxış
Bakıda Zeytun Festivalının açılışı oldu

Bakıda, Dənizkənarı Milli Parkın ərazisində keçirilən Zeytun Festivalının oktyabrın 24-də açılışı olub.


Kult.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri Xanlar Ağalarov festivalda pavilyonlarla tanış olublar. Pavilyonlarda müxtəlif istehsalçıların zeytun və zeytun məhsulları təqdim edilir.


Festivalın əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların tanıdılması və dəstəklənməsi, eləcə də bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir.


Tədbir Dövlət Turizm Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi, “Absheron Olive Gardens” və “Olivea” zeytun məhsullarının sponsorluğu ilə keçirilir.


Oktyabrın 25-də də davam edəcək festivalda gün ərzində müxtəlif əyləncə proqramları, estrada ulduzlarının konsertləri də təşkil olunur.

Mənbə axar.az

Oxşar Xəbərlər