İdman
Türkiyədə 35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi
Türkiyədə keçirilən futbol qarşılaşmasında həyəcanlı anlar yaşanıb.
Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasının Peşəkarlığa Keçid Liqasının 7-ci qrupunda II turun oyunları çərçivəsində “Arıt Kayadıbispor” və “Gençlik Mimar Sinan Spor” komandaları Bartın Atatürk stadionunda qarşılaşıblar.
“Arıt Kayadıbispor”un 1-0 hesabı ilə öndə olduğu matçın 90+3-cü dəqiqəsində “Gençlik Mimar Sinan Spor”un 35 yaşlı futbolçusu Akın Karaaslan qəfil özünü pis hiss edərək yerə yıxılıb.
Meydanda infarkt keçirdiyi bəlli olan təcrübəli futbolçu dərhal xəstəxanaya çatdırılaraq angioqrafiya olunub.
Mənbə
axar.az