Digər
Husilərin baza kimi istifadə etdiyi otel məhv edildi
Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələri tərəfindən Taiz şəhərinin şərqində yerləşən və husilər tərəfindən komanda-idarəetmə mərkəzi kimi istifadə edilən “Sofitel” otelinə havadan zərbələr endirilib.
Axar.az xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Məcid Abdullah ən-Nəzzili məlumat yayıb.
O bildirib ki, hədəf alınan otel husilər tərəfindən mülki şəxslərə qarşı hücumlar təşkil etmək üçün istifadə edilirdi:
“Həmçinin otelin ərazisində tanklar və artilleriya bölmələri yerləşdirilmişdi. Hava hücumları nəticəsində komanda-idarəetmə mərkəzi sıradan çıxarıldı və husilərə məxsus iki tank məhv edildi”.
Mənbə
axar.az