İdman
Fransada 26 yaşlı MMA döyüşçüsü silahlı insident zamanı öldürüldü
Fransanı təmsil edən qarışıq döyüş sənətləri (MMA) idmançısı Penqo Bossio Vanqi Paris ətrafındakı Trapp kommunasında baş verən silahlı insident zamanı həyatını itirib. Oxu.Az xəbər verir ki, hadisə barədə məlumatı 26 yaşlı döyüşçünün məşq etdiyi "Atch Academy" klubu sosial şəbəkə hesabında yayıb. Bir müddət öncə Fransanın Baş naziri Sebastyen Lekornyu İvelin departamentinin Trapp kommunasında baş verən atışma nəticəsində bir nəfərin öldüyünü, dörd nəfərin isə yaralandığını açıqlamışdı. Cinayətkar bir neçə məhəllə boyu, o cümlədən uşaq meydançasının yaxınlığında maşının pəncərəsindən piyadalara atəş açıb. Polis əməkdaşları şübhəli şəxsi dərhal saxlayıblar, onun 39 yaşlı yerli sakin olduğu müəyyənləşib.
Mənbə
oxu.az