Digər

Putin bütün NATO-nu hədəf seçib - Pavel

24 Oct 2026, 09:09 2 baxış
Putin bütün NATO-nu hədəf seçib - Pavel

Rusiya Ukraynaya qarşı müharibənin dayandırılması üçün danışıqlara hazır deyil və bütün NATO-nu münaqişənin tərəfi hesab edir.


Axar.az xəbər verir ki, bunu Çexiya Prezidenti Petr Pavel alman jurnalist Paul Ronzheimerə verdiyi müsahibədə deyib.


"Rusiya bütün NATO-nu münaqişənin tərəfi hesab edir və hətta hamımızı qanuni hədəf elan edir. Hazırda bizə qarşı ənənəvi hərbi vasitələrlə deyil, hibrid metodlarla, kiberhücumlarla və digər vasitələrlə hərəkət edir. Danışıqlar aparmaq istədiyimiz barədə ən azı geniş şəkildə razılaşmalıyıq", - deyə o bildirib.


Pavel xatırladıb ki, Ukrayna Prezidenti Vladimir Zelenski əvvəllər ən azı altı dəfə Kiyev və Moskva arasında danışıqlar təklif edib.

Mənbə axar.az

Oxşar Xəbərlər