Koşta Qara dənizdə gəmilərə hücumları pislədi
Avropa Şurasının sədri Antonio Koşta Qara dənizdə Avropa Birliyi (AB) ölkələrinin sahillərində artan hücumları pisləyib və Rumıniya sahillərində bu səhər gəmiyə edilən hücum nəticəsində zərər çəkənlərin ailələrinə başsağlığı verib.
Axar.az Report-a istinadən xəbər verir ki, bunu AB Şurasının sədri X sosial şəbəkəsində bildirib.
"Zərərçəkənlərin ailələri ilə səmimi həmrəyliyimi ifadə edirəm və onlara ən dərin başsağlığımı bildirirəm", - o qeyd edib.
Koştanın sözlərinə görə, Qara dənizdə AB ölkələrinin sahilləri yaxınlığında hücumların sayı artır.
"Belə hücumlar qəbuledilməzdir və dayandırılmalıdır", - o vurğulayıb.
Xatırladaq ki, göyərtəsində Azərbaycan və Ukrayna vətəndaşları olan Komor Adaları bayrağı altında üzən "KHORYV" ticarət gəmisi dron zərbəsindən sonra Qara dənizdə batıb. Azərbaycan vətəndaşları xilas edilib, onlardan biri yüngül xəsarət alıb.