Cəmiyyət

Paytaxtın bəzi yollarında hərəkət niyə iflic olur? - Video

23 Oct 2026, 18:22 4 baxış
Paytaxtın bəzi yollarında hərəkət niyə iflic olur? - Video
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışında metronun "Nizami" stansiyası ətrafında nəqliyyatın hərəkətinin təşkili ilə bağlı problemlərdən bəhs olunub. Bildirilib ki, ərazidə aparılan çəkilişlərdən sonra 18 nömrəli məktəbin qarşısındakı yolayrıcında üfüqi nişanlanma əvvəlki vəziyyətinə qaytarılıb, Şıxəli Qurbanov küçəsində isə yol xətləri yenilənib. Lakin bəzi nöqsanlar hələ də aradan qaldırılmayıb.

Qeyd olunub ki, Cəfər Cabbarlı küçəsindən Salatın Əsgərova küçəsi istiqamətində hərəkət edən sürücülər Qış parkı tərəfdən gələn avtomobillərlə qarşılaşırlar, düzgün park edilməyən nəqliyyat vasitələri isə Zivər bəy Əhmədbəyov küçəsi istiqamətində dönərkən sıxlıq yaradır. Vurğulanıb ki, Salatın Əsgərova küçəsinin başlanğıcındakı işıqforun yerinin dəyişdirilməsi və Şamil Əzizbəyov küçəsi ilə kəsişmədəki işıqforla sinxronlaşdırılması hərəkətin daha axıcı və təhlükəsiz təşkilinə kömək edə bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər