İqtisadiyyat
Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır
2027-ci ilin dövlət büdcəsindən xarici yardımlara 33 milyon manat ayrılması nəzərdə tutulur. Oxu.Az xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb. Qeyd edək ki, ötən il sözügedən rəqəm 19 milyon manat qeydə alınmışdı. Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 254 milyon manat, büdcə xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.
Mənbə
oxu.az