İqtisadiyyat

Azərbaycanda sosial müdafiə və təminat xərcləri artırılır: Rəqəm açıqlandı

23 Oct 2026, 10:58 4 baxış
Azərbaycanda sosial müdafiə və təminat xərcləri artırılır: Rəqəm açıqlandı
Azərbaycanda 2027-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 4 milyard 913 milyon 986 min manat vəsait nəzərdə tutulur. Oxu.Az xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb. Gələn il bu istiqamətdə xərclərin 2026-cı ilin təsdiqlənmiş göstəricisi ilə müqayisədə 41 milyon 28 min manat və ya 0.8 faiz artırılması planlaşdırılır. 2026-cı ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri 4 milyard 872 milyon 958 min manat məbləğində təsdiqlənib. Layihəyə əsasən, 2027-ci ildə sosial müdafiə üzrə 537 milyon 955 min manat, sosial müdafiə və sosial təminat sahələrinə aid digər müəssisə və tədbirlər üzrə isə 4 milyard 375 milyon 636 min manat vəsait nəzərdə tutulur. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin isə 1.7 milyard manatdan 1.6 milyard manata endirilməsi planlaşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər