Cəmiyyət
Ovçuluq təsərrüfatları ilə bağlı maraqlı statistika: Say azalıb, ərazi isə artıb - Foto
Azərbaycanda ovçuluq təsərrüfatlarının sayı son illərdə azalıb. 2025-ci ildə ölkədə 13 ovçuluq təsərrüfatı fəaliyyət göstərib. Oxu.Az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin statistik göstəricilərində yer alıb. Məlumata əsasən, 2003-cü ildə Azərbaycanda 15 ovçuluq təsərrüfatı olduğu halda, 2021-ci ildən etibarən onların sayı 13-ə düşüb və 2025-ci ilədək dəyişməz qalıb. Ovçuluq ərazilərinin ümumi sahəsi isə artıb. Belə ki, 2003-cü ildə 208.7 min hektar təşkil edən ümumi sahə 2021-ci ildə 259.8 min hektara yüksəlib. 2024-cü ildə bu göstərici 292.8 min hektara çatıb və 2025-ci ildə də eyni səviyyədə qalıb.
Statistik məlumatlarda ovçuluq təsərrüfatlarının ümumi xərcləri üzrə 2003-cü ildə 18.5 milyon manat, 2021-ci ildə 112.5 milyon manat, 2022-ci ildə isə 350.5 milyon manat göstərilib. 2023-2025-ci illər üzrə bu göstəricilər təqdim edilməyib. Sahədə çalışan işçilərin sayına gəlincə, 2003-cü ildə ovçuluq təsərrüfatlarında 44 nəfər işləyib. 2021-ci ildə bu rəqəm 31, 2022-ci ildə 30, 2023-cü ildə 5, 2024-cü ildə 30, 2025-ci ildə isə 43 nəfər olub. Beləliklə, son illərdə ovçuluq təsərrüfatlarının sayı qismən sabit qalsa da, onların əhatə etdiyi ümumi ərazi genişlənib. 2025-ci ildə çalışan işçilərin sayı da 2021-2022-ci illərin göstəricilərini üstələyib.

Mənbə
oxu.az