Digər
Netanyahu ifşa etdi: Ərəblər bağlı qapılar arxasında... – Video
Uşaqlar, əgər bu cəfəngiyyata inanırsınızsa... Bəli, onlar ictimaiyyət qarşısında məhz belə danışırlar.
Axar.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu yəhudi jurnalistlərin “Səudiyyə Ərəbistanı kimi ölkələr Fələstin dövlətinin yaradılmasını şərt kimi irəli sürür” sualına cavabında deyib.
“Amma bağlı qapılar arxasında eşitdiklərimi sizə danışmaq istəmirəm. Ərəb dünyasında insanlar fələstinlilərə görə sizin (yəhudi jurnalistlərə işarə edir - red.) narahat olduğunuz qədər narahat olurlar”, - o bildirib.
Mənbə
axar.az