Digər

Ruslara “sürpriz”: Ukraynalılar “yerin altı ilə” gəldi

22 Oct 2026, 13:57 2 baxış
Ruslara “sürpriz”: Ukraynalılar “yerin altı ilə” gəldi

Kupyansk istiqamətində həyata keçirilən “Veles” əməliyyatı zamanı Ukrayna ordusunun “Xartiya” korpusunun hərbçiləri Rusiya qoşunlarının arxa cəbhəsinə sızmaq üçün yeraltı yollarla 15 km-dən çox məsafə qət ediblər.


Axar.az xəbər verir ki, bu barədə korpus məlumat yayıb.


“Ukraynalı hərbçilər yeraltı kommunikasiyalar vasitəsilə irəliləyiblər, eyni anda digər bölmələr isə yerüstü əməliyyata başlayıblar. Onlara PUA-lar və “Axilles” briqadasının bölmələri yardım ediblər. Əməliyyat ruslara Kupyanska soxulmağa mane oldu. Rusiya ordusunun 30 hərbçisi əməliyyat nəticəsində əsir götürüldü. Düşmənin itkiləri 100 nəfərdən çox olub”, - məlumatda qeyd edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər