Cəmiyyət

Vətən müharibəsi iştirakçısı yeddi bıçaq zərbəsi ilə qətlə yetirildi - Foto

22 Oct 2026, 13:46 1 baxış
Vətən müharibəsi iştirakçısı yeddi bıçaq zərbəsi ilə qətlə yetirildi - Foto
Gəncədə 25 yaşlı gənci 7 bıçaq zərbəsi ilə qətlə yetirməkdə təqsirləndirilən Murad Hacıyevin cinayət işinin bəzi detalları məlum olub. Oxu.Az "Unikal"a istinadla xəbər verir ki, istintaqla müəyyən edilib ki, Murad Yusif oğlu Hacıyev 2026-ci il fevralın 2-də idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə Gəncə şəhəri, Şahsevənlər küçəsində Röyal Məmmədovun sürdüyü VAZ-2107 avtomobilini saxlamasını tələb edib. Saat 23 radələrində M.Müşfiq küçəsində Röyal Məmmədov avtomobilinin qarşısını kəsib. Daha sonra Murad Röyalın üzərinə gəlib, onu yerə yıxaraq əl və ayaq zərbələri ilə üz nahiyəsinə zərbələr endirib. Murad üzərində olan ümumi təyinatlı turist bıçağı ilə Röyal Məmmədova alın nahiyəsinə, döş qəfəsinə və bədənin müxtəlif nahiyələrinə ümumilikdə 7 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Bununla da, Murad Hacıyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Qeyd edək ki, bu cinayət işi üzrə məhkəmə istintaqı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İlkin İbişovun sədrliyi ilə araşdırılır.
{{gallery}} Xatırladaq ki, mərhum Röyal Məmmədov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Döyüşlərdəki şücaətinə görə medallarla təltif edilib.
Vətən müharibəsi iştirakçısı yeddi bıçaq zərbəsi ilə qətlə yetirildi - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər