İdman
Yunus Akgün "Lill"in qapısına tarixi qol vurdu
UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turunda Fransanın "Lill" klubu ilə səfər matçına çıxan "Qalatasaray"da Yunus Akgün tarixi qolun müəllifi olub. Oxu.Az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir. İstanbul təmsilçisinin heyətində Yunus Akgün matçın 65-ci saniyəsində rəqib qapısına yol taparaq hesabı açıb. Bununla da Yunus Akgün "Qalatasaray"ın UEFA Çempionlar Liqası tarixində vurduğu ən erkən qolun müəllifi olaraq adını klubun tarixinə yazdırıb.
Mənbə
oxu.az