Cəmiyyət
Naxçıvanda vəzifəli şəxs saxlanıldı - Foto
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Naxçıvan Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Ağaməliyev prokurorluq əməkdaşları tərəfindən saxlanılıb.
Axar.az Anz.az-a istinadla xəbər verir ki, saxlanılmanın dövlət əmlakının mənimsənilməsi iddiaları ilə bağlı olduğu bildirilir.
Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Mənbə
axar.az