Digər
AB Ukrayna üçün bu ölkələrdən pul istəyir
AB Böyük Britaniya və Kanadanı Ukraynaya maliyyə yardımını artırmağa çağırmağı planlaşdırır, məqsəd isə 2027-ci ildə gözlənilən 70 milyard avroluq maliyyə çatışmazlığını aradan qaldırmaqdır.
Axar.az xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.
“AB–Kanada sammiti oktyabrın 29–30-da, AB–Böyük Britaniya sammiti isə noyabrın 20-də Brüsselə öz mövqeyini ən yüksək səviyyədə çatdırmaq imkanı verəcək. Kiyevin maliyyə ehtiyaclarının artması və ABŞ-ın dəstəyi ilə bağlı qeyri-müəyyənlik Brüsseli Birliyə daxil olmayan müttəfiqlərindən maliyyə yardımını artırmağı daha fəal şəkildə istəməyə vadar edir”, - məlumatda deyilib.
Mənbə
axar.az