Digər
İrəvanda korrupsiya əməliyyatı: 14 nəfər saxlanıldı
Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin əməkdaşları Stepanavan şəhərindəki Güclü Ermənistan Partiyasının ofisində genişmiqyaslı axtarışlar aparıb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
“Axtarış və digər prosessual tədbirlər Korrupsiyaya Qarşı Mübarizə Komitəsində aparılan cinayət işi çərçivəsində həyata keçirilir. 14 nəfər saxlanılıb. Zərurət yaranarsa, əlavə məlumat veriləcək”, - məlumatda deyilib.
Mənbə
axar.az