Dünya

Türkiyədə sərt qışa hazırlıq: Yüzlərlə qəbir əvvəlcədən qazılır - Foto

20 Oct 2026, 14:12 2 baxış
Türkiyədə sərt qışa hazırlıq: Yüzlərlə qəbir əvvəlcədən qazılır - Foto
Türkiyənin Ərzurum şəhərində sərt qış başlamamış yüzlərlə qəbir qazılır. Bu barədə Oxu.Az "Haber Global"a istinadən məlumat verir. Temperaturun mənfi 35-40 dərəcəyədək düşdüyü bölgədə torpağın donması dəfn işlərini çətinləşdirdiyindən qəbiristanlıqlarda hazırlıqlara indidən başlanılıb. Məlumata görə, Asri və Əbdürrəhman Qazi qəbiristanlıqlarında artıq təxminən 200 qəbir qazılıb. Ümumilikdə isə 500 qəbirin hazırlanması planlaşdırılır.
Güclü şaxta və qar səbəbindən qışda qəbir qazmaq xeyli çətinləşdiyi üçün bu tədbir hər il əvvəlcədən görülür. Beləliklə, bölgədə ən sərt hava şəraitində belə dəfn mərasimlərinin gecikməməsi üçün hazırlıq aparılır.
Türkiyədə sərt qışa hazırlıq: Yüzlərlə qəbir əvvəlcədən qazılır - Foto Türkiyədə sərt qışa hazırlıq: Yüzlərlə qəbir əvvəlcədən qazılır - Foto Türkiyədə sərt qışa hazırlıq: Yüzlərlə qəbir əvvəlcədən qazılır - Foto Türkiyədə sərt qışa hazırlıq: Yüzlərlə qəbir əvvəlcədən qazılır - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər