Digər

Özgür Özəl məhkəmədə ədliyyə nazirinə uduzdu

20 Oct 2026, 14:35 3 baxış
Özgür Özəl məhkəmədə ədliyyə nazirinə uduzdu

Türkiyədə məhkəmə CHP-nin keçmiş sədri, Yeni Partiyanın hazırkı rəhbəri Özgür Özəlin ədliyyə naziri Akın Gürlekə 750 min lirə (15 131 dollar) mənəvi təzminat ödəməsinə qərar verib.


Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.


İstanbul 3-cü Əsas Mülki Məhkəməsində keçirilən iclasda Gürlekin qaldırdığı təzminat iddiası qismən təmin edilib, Özəlin qarşılıqlı iddiası isə rədd olunub.


Akın Gürlek martın 17-də və 24-də Özgür Özəlin səsləndirdiyi fikirlərin onun şəxsi hüquqlarını pozduğunu əsas gətirərək, 1 milyon lirə (20 170 dollar) mənəvi təzminat tələb etmişdi.


Özəl CHP sədri olduğu dövrdə Gürlekə aid olduğunu iddia etdiyi 16 daşınmaz əmlakın çıxarış identifikasiya nömrələrini ictimaiyyətlə bölüşərək məlumatların rəsmi qeydlər əsasında araşdırılmasını istəmişdi. Gürlek isə bu iddiaların həqiqətə uyğun olmadığını və onun haqqında mənfi ictimai rəy formalaşdırmağa yönəldiyini bildirmişdi.


Özəl də Gürlekin açıqlamalarının şəxsi hüquqlarını pozduğunu iddia edərək 1 milyon 100 min lirəlik (22 192 dollar) qarşılıqlı iddia qaldırmışdı.


Məhkəmənin qərarına əsasən, Özgür Özəl Akın Gürlekə 750 min lirə (15 131 dollar) mənəvi təzminat ödəyəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər