Cəmiyyət

Biləsuvarda avtomobil aşıb: Bir nəfər ölüb, sürücü yaralanıb

20 Oct 2026, 09:52 3 baxış
Biləsuvarda avtomobil aşıb: Bir nəfər ölüb, sürücü yaralanıb
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb. 1989-cu il təvəllüdlü Elvin Məhərrəmov idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb. Qəza nəticəsində sürücü xəsarət alaraq İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun sərnişini 1996-cı il təvəllüdlü Elnur Rüstəmov isə aldığı xəsarətlərdən ölüb Faktla bağlı araşdırma aparılır. İqbal Ziya
Mənbə oxu.az

Oxşar Xəbərlər