Cəmiyyət

Biləsuvarda “Mersedes” aşdı: 1 ölü, 1 yaralı

20 Oct 2026, 10:14 3 baxış
Biləsuvarda “Mersedes” aşdı: 1 ölü, 1 yaralı

Biləsuvarda ağır yol nəqliyyat hadisəsi baş verib.


Axar.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunda qeydə alınıb.


1989-cu il təvəllüdlü Elvin Məhərrəmovun idarə etdiyi “Mersedes” markalı avtomobil aşıb. Qəza nəticəsində sürücü xəsarət alıb və İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Avtomobildə olan 1996-cı il təvəllüdlü Elnur Rüstəmov isə aldığı xəsarətlərdən ölüb.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər