İdman

Bakı tarixində ilk: Sumo üzrə dünya çempionatı start götürür

17 Oct 2026, 11:06 1 baxış
Bakı tarixində ilk: Sumo üzrə dünya çempionatı start götürür
Bu gün Bakıda ilk dəfə sumo üzrə dünya çempionatı keçiriləcək. Oxu.Az "Report"a istinadən xəbər verir ki, Bakı İdman Sarayında reallaşacaq beynəlxalq yarışda dünyanın 30-a yaxın ölkəsindən müxtəlif yaş qruplarını təmsil edən idmançılar medallar uğrunda mübarizə aparacaqlar. Yarışlar ənənəvi yapon sumosunun ruhunu yaşadan, xüsusi hazırlanmış torpaq "dohyo" meydanında keçiriləcək. Oktyabrın 17-də 18 yaşadək qızlar və oğlanlar arasında fərdi və komanda yarışları, oktyabrın 18-də isə kişilər və qadınlar arasında fərdi və komanda yarışları təşkil olunacaq. Turnirdə ənənəvi peşəkar yapon sumosu deyil, beynəlxalq həvəskar sumo qaydaları əsas götürüləcək. Bu sistemdə rəqiblər çəki dərəcələrinə uyğun qarşılaşır, qadın idmançılar üçün də ayrıca yarışlar keçirilir. Qeyd edək ki, Azərbaycanın sumo üzrə beynəlxalq arenada iştirakı 2007-ci ildən başlayır. Bakıdakı çempionat oktyabrın 17-18-də baş tutacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər