Siyasət
Bakıdakı qlobal tədbirdə verilən önəmli mesajlar: Prezident nələrə diqqət çəkdi?
"Prezident İlham Əliyevin oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində mövqeyini, müstəqil xarici siyasət kursunu və regional təhlükəsizliyin təmin olunmasına yanaşmasını əks etdirən mühüm siyasi mesajlarla zəngin idi". Bu fikirləri Oxu.Az-a açıqlamasında deputat Mehriban Vəliyeva deyib.
O bildirib ki, dövlət başçısının çıxışı təkcə Azərbaycanın keçdiyi mürəkkəb tarixi yolun və qazandığı tarixi Zəfərin beynəlxalq auditoriyaya təqdimatı deyil, həm də beynəlxalq hüququn aliliyi, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və qlobal təhlükəsizlik mexanizmlərinin səmərəliliyi ilə bağlı fundamental məsələlərə aydın münasibətin ifadəsi kimi diqqət çəkdi: "Azərbaycanın coğrafi baxımdan Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi ölkəmizə mühüm geosiyasi və geoiqtisadi üstünlüklər qazandırır. Lakin dövlətimizin beynəlxalq əhəmiyyəti yalnız coğrafi mövqeyi ilə məhdudlaşmır. Ölkəmiz son illərdə nəqliyyat-logistika, enerji təhlükəsizliyi, regional bağlantılar, rəqəmsal inkişaf və beynəlxalq əməkdaşlıq sahələrində həyata keçirdiyi təşəbbüslərlə Avrasiya məkanında etibarlı tərəfdaş və birləşdirici mərkəz kimi mövqeyini möhkəmləndirib. Bu reallıq Azərbaycanın həm ikitərəfli münasibətlərdə, həm də çoxtərəfli platformalarda artan rolunu şərtləndirən başlıca amillərdəndir. Prezidentin çıxışında Azərbaycanın xarici siyasətinin əsas prinsiplərinin bir daha vurğulanması xüsusi əhəmiyyət daşıyır. Bərabərhüquqluluq, dövlətlərin daxili işlərinə qarışmamaq, suverenliyə və ərazi bütövlüyünə hörmət Azərbaycanın beynəlxalq münasibətlər sisteminə yanaşmasının təməlini təşkil edir. Bu prinsiplər yalnız siyasi bəyanat səviyyəsində qalmır, ölkəmizin regional əməkdaşlıq təşəbbüslərində, beynəlxalq təşkilatlarla münasibətlərində və münaqişələrin həllinə dair mövqeyində ardıcıl şəkildə özünü göstərir. Müasir beynəlxalq münasibətlər sistemində əsas problemlərdən biri beynəlxalq hüququn norma və prinsiplərinin seçici şəkildə tətbiq olunmasıdır. Eyni hüquqi meyarların müxtəlif dövlətlərə münasibətdə fərqli şəkildə tətbiqi beynəlxalq institutlara etimadı zəiflədir, münaqişələrin həllini çətinləşdirir və təcavüzkar tərəfin məsuliyyətdən yayınmasına şərait yaradır". M.Vəliyevanın sözlərinə görə, dövlət başçısının çıxışında bu məsələyə xüsusi diqqət yetirməsi Azərbaycanın beynəlxalq hüququn universal xarakterinin qorunmasına önəm verməsinin göstəricisidir: "Beynəlxalq hüquq yalnız müəyyən dövlətlərin maraqlarına uyğun gələndə xatırlanan siyasi vasitəyə çevrilməməli, bütün ölkələrə münasibətdə eyni prinsipiallıqla tətbiq edilməlidir. Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərdən etibarən üzləşdiyi Ermənistanın hərbi təcavüzü bu baxımdan ciddi tarixi nümunədir. Ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizinin uzun müddət işğal altında qalması, yüz minlərlə insanın doğma yurdlarından didərgin salınması, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsi regionda beynəlxalq hüququn ən ağır sınaqlarından biri olub. Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, şəhər və kəndlərimiz dağıdılıb, xalqımızın tarixi-mədəni irsinə, dini abidələrinə ciddi ziyan vurulub. Bu faciəli reallıqların uzun illər ərzində davam etməsi yalnız təcavüzkar siyasətin nəticəsi deyildi. Eyni zamanda, beynəlxalq ictimaiyyətin və münaqişənin həlli üçün yaradılmış mexanizmlərin səmərəsizliyini də nümayiş etdirirdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamənin uzun müddət icrasız qalması beynəlxalq sistemin mühüm institusional problemini üzə çıxardı. Hüquqi baxımdan məcburi qərarların mövcudluğu onların icrasına zəmanət vermədiyi halda beynəlxalq təşkilatların nüfuzu və preventiv imkanları da sual altına düşür". Parlamentarinin sözlərinə görə, ATƏT-in Minsk qrupunun fəaliyyəti də münaqişənin həllində gözlənilən nəticəni vermədi: "Onilliklər ərzində davam edən danışıqlar prosesi ilə işğalın aradan qaldırılması mümkün olmadı və münaqişənin faktiki olaraq dondurulması ilə nəticələndi. Halbuki davamlı sülhün əldə olunması üçün beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsi, işğalın nəticələrinin aradan qaldırılması və münaqişənin köklü səbəblərinin həlli vacib idi. Prezident İlham Əliyevin bu məsələlərə toxunması keçmişin siyasi qiymətləndirilməsi ilə yanaşı, gələcəkdə beynəlxalq münaqişələrin həlli üçün institusional məsuliyyətin artırılmasına dair mühüm çağırışdır. Ermənistanın əvvəlki və sonrakı siyasi rəhbərliyinin ritorikası, ərazi iddiaları və hərbi təhdidləri də regionda gərginliyin aradan qaldırılmasına mane olan amillərdən idi. 2019-cu ildə Ermənistanın baş nazirinin Xankəndidə səsləndirdiyi "Qarabağ Ermənistandır və nöqtə" bəyanatı ərazi iddialarının siyasi səviyyədə açıq ifadəsi kimi yadda qaldı. Həmin dövrdə Ermənistanın hərbi rəhbərliyi tərəfindən səsləndirilən yeni ərazilər uğrunda yeni müharibə çağırışları isə sülh və sabitlik perspektivlərini daha da zəiflətdi. Bu cür bəyanatların beynəlxalq səviyyədə lazımi siyasi qiymət almaması təcavüzkar ritorikanın qarşısının alınmasına xidmət etmədi. 2020-ci ildə başlanan Vətən müharibəsi məhz uzun illər davam edən işğala, nəticəsiz danışıqlara və beynəlxalq hüququn tələblərinin icrasız qalmasına Azərbaycan xalqının verdiyi tarixi cavab oldu. 44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu ərazilərimizin böyük hissəsini işğaldan azad etdi və Ermənistanın kapitulyasiyası ilə hərbi əməliyyatların dayandırılmasına nail olundu. Bu Zəfər xalqımızın iradəsinin, dövlətimizin siyasi qətiyyətinin və Silahlı Qüvvələrimizin peşəkarlığının təntənəsi idi. Azərbaycanın əldə etdiyi nəticəni yalnız hərbi qələbə kimi qiymətləndirmək kifayət deyil. Bu, eyni zamanda, uzun müddət həllini tapmayan münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında aradan qaldırılmasının, ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində siyasi iradənin və milli birliyin təzahürü idi. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün beynəlxalq hüquqla tanınan hüquqlarından istifadə etdi. Müharibənin nəticəsi regionda qüvvələr nisbətini dəyişdirməklə yanaşı, beynəlxalq vasitəçilik mexanizmlərinin səmərəliliyi barədə də ciddi suallar yaratdı".

Mənbə
oxu.az