Cəmiyyət
İstanbuldakı fəlakət Azərbaycanda da təkrarlana bilər? - Foto
Türkiyənin İstanbul şəhərində güclü leysan yağışları və fırtına ciddi fəsadlara səbəb olub. Şəhərin bir sıra ərazilərində həyatın gündəlik axarı pozulub. Oxu.Az xəbər verir ki, əlverişsiz hava şəraiti nəticəsində iki nəfər həyatını itirib. Güclü yağışlar küçə və yolların su altında qalmasına, hərəkətdə çətinliklərin yaranmasına səbəb olub. Yağıntılı hava şəraiti ilə əlaqədar İstanbulda tədris prosesinin bir günlük dayandırıldığı da bildirilir. İntensiv yağışlar və fırtına şəhərdə sakinlərin gündəlik həyatına təsir göstərməklə yanaşı, təhlükəsizliklə bağlı narahatlıqları da artırıb. Bəs İstanbulda müşahidə olunan güclü leysan və fırtına Azərbaycanda da qeydə alına bilərmi? Ölkəmizdə yaxın günlərdə intensiv yağıntılar və kəskin hava şəraiti gözlənilirmi? Oxu.Az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, həftəsonunadək ölkə ərazisində güclü yağışların yağacağı gözlənilmir.
"Ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Axşam və gecə saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı ehtimalı var", - deyə G.Məmmədova bildirib.
"Ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Axşam və gecə saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı ehtimalı var", - deyə G.Məmmədova bildirib.
Mənbə
oxu.az