Cəmiyyət

Uşağa "təbii müalicə" tətbiq etməzdən əvvəl bunları bilmək lazımdır - Foto

15 Oct 2026, 07:30 3 baxış
Uşağa "təbii müalicə" tətbiq etməzdən əvvəl bunları bilmək lazımdır - Foto
"Valideynlər bəzən "təbii vasitədir, deməli zərərsizdir" düşüncəsi ilə uşağa müxtəlif üsullar tətbiq edirlər". Oxu.Az xəbər verir ki, bu fikirləri "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" verilişində Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun doktorantı Regina Nemətova açıqlayıb.
Onun sözlərinə görə, təbii məhsulların da yan təsirləri və allergik reaksiyaları ola bilər: "Məsələn, uşağa müxtəlif bitki dəmləmələrini, efir yağlarını və ya balı yaşına və vəziyyətinə uyğunluğunu nəzərə almadan vermək düzgün deyil. Xüsusilə yüksək hərarət, nəfəs darlığı, davamlı qusma və ya susuzlaşma kimi əlamətlər olduqda evdə "təbii müalicə" ilə vaxt itirmək təhlükəli ola bilər". Pediatr bildirib ki, digər bir səhv antibiotik əvəzinə və ya onunla birlikdə həkim məsləhəti olmadan müxtəlif xalq üsullarından istifadə etməkdir: "Uşağın dərisinə yanıq yarada biləcək isti kompreslər, spirt və digər qıcıqlandırıcı maddələr tətbiq etmək də düzgün yanaşma deyil. Ən əsası, təbii üsuldan istifadə etməzdən əvvəl onun uşağın yaşına, xəstəliyinə və qəbul etdiyi digər müalicələrə uyğun olub-olmadığını pediatrla dəqiqləşdirmək lazımdır".
Uşağa "təbii müalicə" tətbiq etməzdən əvvəl bunları bilmək lazımdır - Foto Uşağa "təbii müalicə" tətbiq etməzdən əvvəl bunları bilmək lazımdır - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər