İdman
Rəhman Daşdəmirov: "Rəqibi yaxşı təhlil etmişik, qələbə qazanmaq istəyirik"
"Komanda olaraq sabahkı oyuna hazırıq". Oxu.Az xəbər verir ki, bunu "Sabah"ın futbolçusu Rəhman Daşdəmirov UEFA Çempionlar Liqasının əsas mərhələsində Çexiya təmsilçisi "Slaviya Praqa"ya qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib. O bildirib ki, çətin rəqibə qarşı mübarizə aparacaqlar: "Sabah bizim üçün tarixi oyun olacaq. Bu, "Sabah"ın əsas mərhələdə ilk ev oyunu olacaq, eləcə də mənim üçün. Stadionun tam dolacağını düşünürəm. Rəqibi yaxşı təhlil etmişik, qələbə qazanmaq istəyirik. Milli komanda ilə birlikdə çox oyun keçirsəm də, özümdə yorğunluq hiss eləmirəm. Bu stadionda oynamaq hamımız üçün maraqlıdır". Qeyd edək ki, "Sabah" - "Slaviya Praqa" görüşü sabah, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.
Mənbə
oxu.az