Cəmiyyət

Şəkidə maşın yandı: xəsarət alan var

09 Oct 2026, 16:25 1 baxış
Şəkidə maşın yandı: xəsarət alan var

Şəki rayonunda minik avtomobili yanıb.


Axar.az Report-a istinadla xəbər verir ki, yanğın hadisəsi rayonun Çələbixan qəsəbəsində baş verib.


Hadisə yerinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.


Yanğın zamanı 1967-cıi il təvəllüdlü Cəsarət Eldar oğlu Ağalarova məxsus QAZ-24 markalı minik avtomobilinin salon hissəsi tamamilə yanıb.


Hadisə nəticəsində bir nəfər qol və ayaq hissəsindən xəsarət alaraq Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər