Avropa Parlamenti sivilizasiya uçurumundadır - Papuaşvili
Gürcüstanla bağlı növbəti tənqidi qətnamə qəbul edən Avropa Parlamenti sivilizasiya uçurumundadır.
Axar.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
"Biz deyirik ki, Avropa Birliyi sivilizasiya uçurumuna sürüklənir, halbuki Avropa Parlamenti artıq oradadır və bizimlə oradan danışır. Buna görə də, onların bəyanatlarını diqqətəlayiq hesab etməzdən əvvəl, onlar əvvəlcə bu sivilizasiya uçurumundan çıxmalıdırlar və sonra onların sözlərinin dəyəri olacaq", - o bildirib.
Qeyd edək ki, Avropa Parlamenti oktyabrın 8-də Gürcüstanla bağlı qətnamə qəbul edib. Qətnamədə Avropa Birliyinə və təşkilata üzv dövlətlərə Gürcü Arzusu Partiyasının fəxri sədri Bidzina İvanişvili, Baş nazir İrakli Kobaxidze, parlament sədri Şalva Papuaşvili və Tiflis meri Kaxa Kaladzeyə qarşı sanksiyalar tətbiq etmək çağırışı yer alıb.