Siyasət

Şavkat Mirziyoyev MDB-də vahid nəqliyyat informasiya sisteminin yaradılmasını təklif edib

09 Oct 2026, 13:40 1 baxış
Şavkat Mirziyoyev MDB-də vahid nəqliyyat informasiya sisteminin yaradılmasını təklif edib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev MDB-də inteqrasiya olunmuş logistika mərkəzlərinin yaradılması, tranzit xərclərinin azaldılması, yükdaşıma qaydalarının unifikasiyası və vahid nəqliyyat informasiya sisteminin formalaşdırılmasının tərəfdarı olduğunu bildirib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Mirziyoyev MDB Dövlət Başçıları Şurasının iclasında bildirib. Ş.Mirziyoyev həmçinin Türkmənistan tərəfinin 2029-cu ilin "MDB-də nəqliyyat əlaqəliliyi ili" elan edilməsi təşəbbüsünü dəstəkləyib. Özbəkistan prezidenti dünya iqtisadiyyatındakı dəyişikliklər və beynəlxalq gərginliyin artması fonunda MDB-də etimadın möhkəmləndirilməsinin və praktik nəticələrin əldə olunmasının zəruriliyini vurğulayıb. Enerji təhlükəsizliyinə toxunan Mirziyoyev mövsümi enerji qalıqlarını və çatışmazlığını qiymətləndirməyə, şəbəkələrin inkişafına tələbatı müəyyənləşdirməyə və hidroenergetika, istilik generasiyası və bərpa olunan mənbələri daha səmərəli uzlaşdırmağa imkan verəcək uzunmüddətli proqnozun hazırlanmasının vacibliyini diqqətə çatdırıb. İqlim çağırışları ilə əlaqədar Mirziyoyev aşağı karbonlu texnologiyaların sürətli tətbiqi və qapalı dövrəli istehsal sahələrinin inkişafının tərəfdarı kimi çıxış edərək, dövri və resurs səmərəliliyinə əsaslanan iqtisadiyyat sahəsində MDB-nin Əməkdaşlıq Konsepsiyasının işlənib hazırlanmasını təklif edib. O, kibercinayətkarlıqla mübarizəyə xüsusi diqqət yetirib. Bununla əlaqədar Mirziyoyev Daxili İşlər Nazirləri Şurasına transsərhəd kibercinayətlərə və fırıldaqçılıq sxemlərinə operativ reaksiya vermək üçün MDB-nin birgə əlaqə mərkəzinin yaradılması üzrə kompleks tədbirlərin ən qısa müddətdə işlənib hazırlanmasını tapşırmağı təklif edib. Qeyd edək ki, Özbəkistan 2027-ci ildə MDB-yə sədrlik edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər