Siyasət
Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
"Azərbaycan Respublikası beynəlxalq təşkilatlarda öz fəaliyyətini genişləndirib. Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və digər beynəlxalq təşkilatlarda da öz işini gücləndirib və məqsədli şəkildə aparır". Bunu Oxu.Az-a açıqlamasında beynəlxalq məsələlər üzrə siyasi şərhçi Elgün Səfərov deyib. Onun sözlərinə görə, Azərbaycan MDB-yə sədrliyi dövründə əsas diqqəti sosial, mədəniyyət, idman, logistika, səhiyyə və hüquqi məsələlərə yönəldəcək:
"Həmçinin sədrlik zamanı genişmiqyaslı ikitərəfli münasibətlərin və çoxşaxəli münasibətlərin MDB çərçivəsində genişləndirilməsi nəzərdə tutulub. Ümumiyyətlə, Müstəqil Dövlətlər Birliyində əsas aktorlar Belarus, Rusiya, Qazaxıstandır. Ancaq buna baxmayaraq, Azərbaycanın beynəlxalq təşkilatlarla öz fəaliyyətini aktivləşdirdiyini də nəzərə alsaq, MDB-də bu məsələləri genişləndirmək istiqamətində fəaliyyət göstərəcək". Elgün Səfərov vurğulayıb ki, bu vaxta qədər müharibə vəziyyətinə görə Azərbaycan və Ermənistanın sədrliyinə imkan yaradılmırdı: "Artıq sülh müqaviləsindən söhbət gedir. Sülh bağlanmasından sonra da hər iki dövlətin MDB çərçivəsində də fəaliyyətinin genişləndirilməsi mümkündür".

Mənbə
oxu.az