İdman

"Sabah" - "Borussiya Dortmund" matçının biletləri satışa çıxarıldı - Qiymətlər

08 Oct 2026, 18:10 2 baxış
"Sabah" - "Borussiya Dortmund" matçının biletləri satışa çıxarıldı - Qiymətlər
"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsində Almaniyanın "Borussiya Dortmund" klubu ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb. Oxu.Az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Biletlərin qiymətləri 15-650 manat arasında dəyişir. Matça bilet satışı iticket.az vasitəsilə həyata keçirilir. Qeyd edək ki, "Sabah" - "Borussiya Dortmund" qarşılaşması oktyabrın 20-də, saat 20:45-də başlayacaq. Görüş Bakı Olimpiya Stadionunda keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər