İdman

"Real Madrid"də Kilian Mbappe qalmaqalı: Zədəli futbolçu tənqid hədəfində

08 Oct 2026, 18:16 2 baxış
"Real Madrid"də Kilian Mbappe qalmaqalı: Zədəli futbolçu tənqid hədəfində
İspaniya La Liqasında əzəli rəqibi "Barselona"dan 6 xal geri qalan "Real Madrid"in fransız ulduzu Kilian Mbappe yenidən gündəmə gəlib. Dünyaca məşhur hücumçu UEFA Millətlər Liqasının Türkiyə yığmasına qarşı matçında dizindən aldığı zədədən sonra dincəlmək əvəzinə, Parisdə gecə həyatına qatılıb. Oxu.Az Fransanın nüfuzlu "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, futbolçunun sevgilisi Ester Esposito ilə Parisdə gecə klubuna daxil olarkən çəkilmiş videoları Madrid təmsilçisində ciddi narazılıq yaradıb. Bundan əlavə, dizindən zədəli olduğu halda İsveçrədə velosiped sürməsini əks etdirən paylaşımlar etməsi klub daxilində böhrana səbəb olub. Nəticədə, fransız ulduz qeyri-peşəkar davranışlarına görə kəskin tənqid edilib. Qeyd edək ki, cari mövsümdə "Real Madrid"in bütün oyunlarında 90 dəqiqə meydanda olan 27 yaşlı futbolçu, çıxış etdiyi 8 matçda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Buna baxmayaraq, mövsümə uğursuz start verən İspaniya nəhənginin məğlub olduğu "Real Betis" və "Atletiko Madrid" qarşılaşmalarında o, fərqlənə bilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər