Cəmiyyət

Azərbaycanda yeni cəzaçəkmə müəssisələri tikilir

07 Oct 2026, 22:58 2 baxış
Azərbaycanda yeni cəzaçəkmə müəssisələri tikilir

Mövcud infrastrukturun yenilənməsi çərçivəsində yeni cəzaçəkmə müəssisələri tikilir.


Axar.az xəbər verir ki, bunu Report və İTV-yə müsahibəsində ədliyyə naziri Fərid Əhmədov deyib.


Nazir bildirib ki, artıq Qaradağda 2 000 məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikintisinə başlanılıb:


"Eyni zamanda, Umbakıda 35 hektar ərazidə 6-7 min məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikilməsi planlaşdırılır. Bununla yanaşı, Gəncədə də cəzaçəkmə müəssisəsinin inşası nəzərdə tutulub.


Beləliklə, mövcud infrastrukturu yeniləmək məqsədilə gələcəkdə ümumilikdə təxminən 11 min məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisələrini istifadəyə verməyi hədəfləmişik. Bu layihələrin 2030-cu ilə qədər başa çatdırılması nəzərdə tutulub".


F.Əhmədov vurğulayıb ki, bu cəzaçəkmə müəssisələri tamamilə müasir standartlara cavab verəcək:


"Burada həm yeni peşə təhsili infrastrukturunun, həm də cəza çəkən şəxslərə nəzarət mexanizmlərinin rəqəmsal alətlər - üz tanıma sistemləri və digər texnoloji həllər vasitəsilə qurulması nəzərdə tutulur. Bu da öz növbəsində islah prosesinə mühüm töhfə verəcək".

Mənbə axar.az

Oxşar Xəbərlər