Digər

Qonşuda qiymətlər kəskin şəkildə yüksəlir – KİV

30 Sep 2026, 12:07 2 baxış
Qonşuda qiymətlər kəskin şəkildə yüksəlir – KİV

İranda dərmanların qiyməti kəskin şəkildə artır və bəzi dərmanları tapmaq çətinləşib.


Axar.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.


“ABŞ-ın blokadası və ölkənin əczaçılıq sənayesinə təzyiq göstərən sanksiyaların sərtləşdirilməsi fonunda xəstələr və onların ailələri yaşamaq üçün mübarizə aparırlar.


Bəzi dərmanların qiymətləri üç dəfədən çox artıb. Bu, ABŞ və İsraillə müharibənin başlamasından yeddi ay sonra iranlıların maliyyə vəziyyətini daha da pisləşdirib.


Artan işsizlik və dəyərdən düşən valyutaya baxmayaraq, ərzaq və digər malların qiymətləri də kəskin şəkildə artıb”, - məlumatda bildirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər