Pilot təyyarəni yerə çırpmaq istəyib - Təfərrüat
Pilotlardan biri BƏƏ-dən Təl-Əvivə uçan "Flydubai" şirkətinə məxsus təyyarəni yerə çırpmaq istəyib.
Axar.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Məlumata görə, təyyarənin komandiri qəfil təyyarəni endirməyə başlayıb və yerə çırpmağa cəhd edib. Bu zaman ikinci pilot ona mane olub və pilotların arasında əlbəyaxa dava baş verib.
Qeyd olunub ki, təyyarəni də Səudiyyə Ərəbistanındakı hava limanına təyyarədə sərnişin qismində işgüzar səfərə gedən pilotlar endiriblər.
Məlumata görə, pilotlardan biri bıçaq yarası alıb və ona ilk tibbi yardım göstərilib.
Qeyd edək ki, BƏƏ-dən Təl-Əvivə uçan "Flydubai" şirkətinə məxsus təyyarə qaçırılma şübhəsi səbəbindən təcili siqnal verib. Daha sonra təyyarədə pilotlar arasında davanın baş verdiyi bildirilib.