Kriminal
Bərdədə 26 yaşlı kişi qətlə yetirildi
Bərdə rayonunda qətl hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə sentyabrın 30-da gecə saat 5 radələrində rayonun Molla Əhmədli kəndində qeydə alınıb. Kənd sakini, 2000-ci il təvəllüdlü Elnur Rüstəmov bıçaqla qətlə yetirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Cavid Hüseynov saxlanılıb. faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az